G&I Training Academy yerli və Beynəlxalq standartlar əsasında hazırlanmış SƏTƏM haqqında ümumi Aməlumatlandırma mövzusunda təlimin keçirilməsini təklif edir.
Təlimin məqsədi: SƏTƏM sahəsində işçiləri ümumi məlumatlandırmaq (maarifləndirmək).
Təlim kimlər üçün nəzərdə tutulub: Hər kəs üçün (Menecerlər, Supervayzerlər, Formenlər, SƏTƏM üzrə vəzifəli şəxslər/məsləhətçilər, inzibati və texniki işçilər).
Təlimi bitirən iştirakçılar aşağıdakı bacarıqları əldə edəcəklər:
SƏTƏM siyasəti və qaydalarına necə əməl edilməsini
Sağlamlıqla və təhlükəsiliklə bağlı rol, öhdəlik və məsuliyyəti dərk etmək
İş yerinizdə, gündəlik həyatınızda baş verə biləcək təhlükələr, onların müəyyənləşdirilməsi
Ehtimal olunan risklərin praktik cəhətdən aşağı salmağı
Təhlükəsiz iş mühitinin formalaşdırılmasını
Yanğın və digər fövqəladə hallar zamanı nələrə əməl etməli olduğunuzu biləcəksiniz.
Təlimin məzmununa aşağıdakı mövzular daxildir:
Giriş/Tanışlıq
Fövqəladə hallar zamanı idarəetmə (FH-da görülən tədbirlər)
Yanğın Təhlükəsizliyi / Yanğına qarşı profilaktik tədbirlər
İlk tibbi yardım
SƏTƏM haqqında ümumi məlumat və “SƏTƏM”-in əhəmiyyəti
SƏTƏM İdarəetmə Sistemi (Safety Management System)
SƏTƏM İdarəetmə Sisteminin elementləri
Beynəlxalq və Yerli qanunvericiliyin tələbləri
İşəgötürənin və işçilərin “SƏTƏM”ə dair öhdəlikəri
Siyasətlər, prosedurlar və təlimatlar
Əməyin mühafizəsi üzrə standart, norma və qaydalar
Təhlükəsiz iş sistemi | İşin icrasına icazə sistemi
Təhlükə və Risk nədir
Təhlükələrin müəyyən olunması və Riskin qiymətləndirilməsi
Təhükəli davranışlar və hallara qarşı nəzarət tədbirləri
İş yerində olan ümumi təhlükələr
Elektrik təhlükəsizliyi
Yüklərin əllə daşınması
Sürüşmə, ilişmə və dolaşma
Alışan və zəhərli qazlar
Qazıntı təhlükəsizliyi
Qapalı sahəyə giriş
Hündürlükdə iş
Təhlülkəli maddələr və bioloji təhülkələr
Təhlükələrə qarşı nəzarət tədbirlərinin görülməsi
Sağlamlığa Zərərli Maddələrə Nəzarət. (COSHH & MSDS)
Hadisə nədir və hadisənin növləri
Hadisələrin araşdırılması və məruzə olunması
Ətraf Mühitin İdarəetmə Sistemi
SƏTƏM Mədəniyyəti
Biliklərin və təlimin qiymətləndirilməsi
Kursun Müddəti: 2 gün
İştirakçı sayı: Minimum 5 nəfər – maksimum 15 nəfər
Təlimin keçirildiyi dil: Azərbaycan, İngilis, Rus və Türk dili
Təlimi müvəffəqiyyətlə keçmiş iştirakçılara SERTİFİKAT təqdim olunur.